ŞOK! ERMƏNİLƏR ŞUŞA YOLUNA MİNA BASDIRA BİLƏR - NƏ BAŞ VERƏCƏK? 🔎🔍
🎞️ · 08.06.2021 · 14:12:43 ··· Dienstag ⭐ 0 🎬 0
📺Turning Point
🎬 · 08.06.2021 · 14:12:43 ··· Dienstag
😎 · 03.07.2024 · 15:40:29 ··· MiTTwoch
Dönüş nöqtəsi kanalının bugünki buraxılışında xoş gördük dəyərli izləyicilər. Sizlərə Qarabağla bağlı ən son maraqlı məlumatları çatdıracağıq. Videonu diqqətlə və sona qədər izləyin.
Ermənistanın Qarabağda təxribatçı addımlar atmasının hər birimiz hər gün şahidi oluruq. Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır.
Kəlbəcərdə minaya düşən azərbaycanlı jurnalistlərlə bağlı insidentdən sonra Bakı hələ də Qarabağ dağlarında gizlənə biləcək erməni terrorçularının üzə çıxarılması və zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyata başlaya bilər.
bu barədə Axar.az-a hərbi ekspert, politoloq Aleksey Voronenko bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda əsas məqsədi təhlükəsizliyin təmin edilməsi və analoji təxribatlara qarşı mübarizə aparmaqdır:
“Gördüyümüz kimi, bu regionda təhlükəsizliyi yalnız Azərbaycan tərəfi təmin edir. Rusiya sülhməramlıları Qarabağda erməni təcavüzünün öhdəsindən gələ bilmir. Faktları müqayisə edək:
Mayın 27-də gecə saatlarında Ermənistan tərəfi guya müdafiə sərhədlərini möhkəmləndirmək cəhdi göstərib. Amma Bakı bildirib ki, həmim gün erməni terrorçuları tərəfindən təxribata cəhd olub. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, həmin gün Ermənistan-Azərbaycan sərhədində Kəlbəcər rayonu istiqamətində erməni diversiya qrupu Azərbaycanın dövlət sərhədini saat 03:00-da keçirərək minalama işləri və digər təxribatçı hərəkətlər etməyə çalışıb.
Burada məntiqi sual yaranır: Azərbaycan jurnalistləri minaya harada düşüblər? Kəlbəcərdə. Təsdiqlənməmiş məlumatlara görə, minanın partladılması Azərbaycan Silahlı Qüvvələri tərəfindən daim istifadə olunan yolda baş verib. Belə çıxır ki, yol təmiz idi, amma nəsə baş verdi…
Bütün bunları təhlil edərək belə qənaətə gəlmək olar ki, əgər mayın 27-də erməni diversiya qrupunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıbsa, jurnalistlərin vəfatından bir gün əvvəl həmin terrorçular bu əraziyə soxula bilib, öz istədiklərini nail olublar.
Bu səbəbdən Bakı istənilən vaxt son dövrlərin ən güclü antiterror əməliyyatlarından birinə başlaya və öz ərazisini tamamilə terrorçulardan təmizləyə bilər. Azərbaycan xüsusi təyinatlıları terrorçuları yerlə-yeksan edəcək. Bu “Qisas” əməliyyatı olacaq”.
Sitatın sonu
Bir digər xəbərimiz isə Fred Asif ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmovun Şuşa yoluna mina basdırılması təhlükəsindən danışıb. O bunları deyib:
“KaMAZ” maşınla Ağdam yaxınlığındakı Naxçıvanik kəndinə yollanarkən minaya düçdük. Amma sürətlə getdiyimizdən ikimiz də salamat qaldıq...”
“1-ci Qarabağ müharibəsinin təcrübəsindən də bilirik ki, döyüş zonasına gələn erməni keşişlərin 99 faizi kəşfiyyatçıdır...”
“Əvvəla onu deyim ki, hadisə ilə bağlı video-görüntülərdən də aydın şəkildə bəlli olur ki, həmin yola mina yenicə qoyulub. Və onu da nəzərə almaq gərəkdir ki, din xadimləri adı altında ermənilərin Rusiya hərbçilərinin müşayiəti ilə iki gündən bir qrup-qrup getdikləri Xudavəng məbədi Susuzluq ərazisinə yaxın bir məkandadır. 1-ci Qarabağ müharibəsinin təcrübəsindən də bilirik ki, döyüş zonasına gələn erməni keşişlərin 99 faizi kəşfiyyatçıdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında iyunun 4-də Kəlbəcərdə baş vermiş mina faciəsini şərh edən 1-ci Qarabağ müharibəsində Ağdam istiqamətində mühəndis-istehkamçı birləşmənin tərkibində döyüşmüş, “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov ifadə edib.
“Amma indiki vəziyyətdə ərazidəki hər hansı bir təxribata görə əsas məsuliyyət “sülhməramlı” adlanan Rusiya hərbçilərinin üzərinə düşür. Eyni zamanda bu faciəli hadisə onu da göstərir ki, oxşar təxribatlar, Allah eləməmiş, 37 kəndindən yalnız biri bizdə olan, erməni hərbçilərinin öz əski parçalarıyla sərbəst gəzdiyi Şuşa rayonu ərazisində də baş verə bilər. Torpağı azad edəndən sonra ilk növbədə orada yaşayan və ya yaşayacaq insanların təhlükəsizliyi təmin olunmalıdır. Orada işləyən və yaşayanların təhlükəsizliyini təmin edə bilmiriksə, həmin torpağın azad olunduğunu söyləmək doğru deyil. Ona görə də xalq və dövlət olaraq Şuşa rayonunun, ən azı, ətraf kəndlərinin və ümumiyyətlə, keçmiş Dağlıq Qarabağın bütün ərazisinin erməni ordusunun tör-töküntülərindən təmizlənməsinə mümkün qədər tez nail olmalıyıq” –söhbətinin davamında bunları söyləyən keçmiş istehkamçı döyüşçü hazırda müasir texnologiya ilə mina basdırmağın çox asan və tez başa gəldiyini bildirib.
“Onu da vurğulamaq istəyirəm ki, 1-ci Qarabağ savaşında olduğu kimi, bu güh də bütün bu təxribatların başında duran çoxbaşlı oyunlar oynayan Rusiyadır... Kəlbəcərdəki məbədə Rusiya hərbçilərinin müşayiəti ilə gedib-gələn keşişlərin nə ilə məşğul olduğu daim izlənirmi? Və yaxud onların təxribat yaratmağına açıq şəkildə şərait yaradılmır ki? Bunları bilmirik.
#ŞOK #MÜHARİBƏ #erməni
SELECT * FROM DAvidON WHERE `DAvid`="ywhU21X_YYw" ORDER BY ts
SELECT * FROM DAvidPlay WHERE `DAvid`="ywhU21X_YYw"
***
· 08.06.2021 · 14:12:43 ··· Dienstag
U
U
L
L
T
* 1623154363
* 1623154363
X 0
Y 0
P
C 30975
B 8
V 61
* · 14.08.2022 · 00:00:00 ···
2 · 29.07.2023 · 20:48:02 ···
L · 06.11.2024 · 00:32:25 ···
C · 06.11.2024 · 00:32:27 ···
💘 🖱️ * · 01.01.1970 · 01:00:00 ···
* · 01.01.1970 · 01:00:00 ···
· 01.01.1970 · 01:00:00 ···
**##
*** · 01.01.1970 · 01:00:00 ··· ::
*2* · 01.01.1970 · 01:00:00 ··· ::
*L* · 01.01.1970 · 01:00:00 ··· ::
*C* · 01.01.1970 · 01:00:00 ··· ::
********