DAvideo
alle Bilder sehen ;)
Designed by: Hinx3
OSWD 2004

Valid HTML 4.01!

ŞOK AN! ERMƏNİSTAN ÖLKƏ KİMİ YOXA ÇIXACAQ! 🔎🔍

🎞️ · 25.09.2021 · 17:25:05 ··· Samstag ⭐ 0 🎬 0 📺Turning Point
🎬 · 25.09.2021 · 17:25:05 ··· Samstag
😎 · 03.07.2024 · 15:40:29 ··· MiTTwoch
Dönüş nöqtəsi kanalının bugünki buraxılışında xoş gördük dəyərli izləyicilər. Sizlərə Qarabağla bağlı ən son maraqlı məlumatları çatdıracağıq. Videonu diqqətlə və sona qədər izləyin.
Əvvəlcə günün əsas xəbərlərinə göz ataq.
Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov ermənistanın bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkum olacağını söyləyib.

O bildirib ki, Cənubi Qafqaz regionunun tarixini və müasir dövrünü daha çox tədqiq etdikcə, Ermənistanın sistemli böhranı fonunda fiziki mövcudluğunu davam etdirməsi üçün daha az perspektiv görür:
Sitat
“Bu ölkənin yaxın 10-15 il üçün gələcəyi müəyyəndir, amma 25 ildən sonra ola bilər ki, dünyanın siyasi xəritəsində Ermənistan kimi bir dövlət olmasın. Hələ səkkiz il əvvəl, 2013-cü ildə mən yazırdım ki, erməni gəncliyi öz perspektivini vətənində deyil, diasporda görür və elə o vaxt ölkə əhalisinin azalmasını proqnozlaşdırırdım”.

Ekspert vurğulayıb ki, Ermənistanda indi yaşanan dərin sistemli böhran ilk növbədə özünüdərk böhranıdır və bu, ötən ilin payızında Azərbaycanla müharibədəki məğlubiyyətdən sonra yaranmayıb, əksinə, hələ sovet dövrünə gedən dərin kökləri var:
Sitat
“Ən yeni erməni dövlətçiliyi bu dərin daxili böhranı irs götürüb və bunun öhdəsindən gələ bilməyib. Ona görə də mən əminəm ki, Ermənistan bir ölkə kimi strateji gələcəkdə yoxa çıxmağa məhkumdur. İndi Ermənistan əhalisi iki milyon nəfərə yaxındır və hər il 100 min nəfərədək insan ölkəni tərk edir, vətəndaşlığını dəyişir. Bu cür davam etsə, 20 ildən sonra Ermənistanda erməni qalmayacaq. Ermənistan əhalisi sürətlə qocalır, pensiya yaşlı insanların sayı gənclərin sayını üstələməyə başlayır. Ona görə də ölkədə təbii artım göstəriciləri artıq mənfi səviyyədədir və fərq getdikcə daha da çoxalacaq”.

Onun sözlərinə görə, indi Ermənistanda hakimiyyət orqanlarının və biznes strukturlarının başında 90-cı illərin Qarabağ müharibəsinin veteranları dayanır, onların bioloji ömrü çox qalmayıb:

“Onlar qocalan kimi “miatsum” fikrinin aktiv daşıyıcıları qalmayacaq və onlar dünyalarını dəyişdikcə, erməni şəxsiyyət böhranı daha da dərinləşəcək. Çünki onların yerinə gələn nəsillər aqressiv ideoloji fikirdən uzaq olacaq. Son dövrlərdə Rusiyadakı erməni diasporunun oliqarxlarından biri Samvel Karapetyan Ermənistanda infrastruktur layihələrinə investisiya qoymağa hazır olduğunu bildirib. Amma başa düşmək lazımdır ki, o, Rusiya vətəndaşıdır, onun bütün biznes aktivləri Rusiyadadır, ona görə də investisiyalardan gələn mənfəət Ermənistanda qalmayacaq. Düşünmək lazım deyil ki, bu pullar yoxsulların vəziyyətinin yaxşılaşdırılması üçün xeyriyyəyə yönəldiləcək. Həmin vəsait yoxsulları son qəpiyinədək soyub hələ də ölkədə qalan pulları Ermənistandan çıxarmağa yönələcək”.
Daha bir yeni xəbər isə, Rusiya sülhməramlıların yeni rəhbərinin dəyişməsi ilə bağlıdır?
Rus sülhməramlılarının rəhbəri niyə dəyişdi? - Bakının tələbi yoxsa gizli saziş?
Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanının yenidən dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiya sülhməramlılarına yaxın dairələrə istinadən yayılan xəbərlərdə bir müddət öncə bu vəzifəyə gətirilən Mixail Kosobokovun general-leytenant Gennadi Anaşkinlə əvəz ediləcəyi bildirilib.

Yayılan xəbəri şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Kosobokovun Qarabağa gəlməsinə Bakı razı deyildi: “Bunun nəticəsi idi ki, Kosobokov Azərbaycanda yalnız formal olaraq bir neçə gün sonra və çox sönük qəbul edilmişdi. Çox güman ki, sülhməramlıların başçısı məhz Bakının tələbi əsasında dəyişdi”.

Politoloq əlavə edib ki, Bakı və Moskva arasında Kosobokovun dəyişdirilməsi, silah sazişi və Qarabağla bağlı müddətli anlaşma əldə edilib. Sözsüz ki, baş verənlər Bakının diplomatik uğurudur.
Sitatın sonu
Bu arada, “Ərdoğan-Putin görüşündən öncə İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil”.

Bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib. O, Bakının bu görüşdən böyük gözləntiləri olduğunu deyib: “Sərhədin delimitasiyası üzrə müqavilə, sülhz sazişinin hazırlanması, Qarabağda Rusiyanın təhlükəli addımlarının dayandırılması və sairə. Soçi görüşündə bu istiqamətində ciddi addımların atılacağı mümkündür, xüsusilə Türkiyənin təklif etdiyi “altılıq platforması”nın (beşlik də ola bilər) reallaşması perspektivlərinin aydın göründüyü vaxtda. Əliyev isə görüş öncəsi Rusiya mediasında mövqeyini bir daha gündəmə gətirir:

– “Dağlıq Qarabağ” və “status” yoxdur, olmayacaq da;

– Sərhədin delimitasiyası prosesinin də daxil olduğu sülh sazişi imzalanmalıdır;

– Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə dövründə olanlar yenidən təkrarlana bilər;

#şok #Qarabağ #müharibə

SELECT * FROM DAvidON WHERE `DAvid`="fxjj0qhu-zU" ORDER BY ts
SELECT * FROM DAvidPlay WHERE `DAvid`="fxjj0qhu-zU"
***
· 25.09.2021 · 17:25:05 ··· Samstag
U
U
L
L
T
* 1632583505
* 1632583505
X 0
Y 0
P

C 30975
B 8
V 61
* · 14.08.2022 · 00:00:00 ···
2 · 29.07.2023 · 20:48:02 ···
L · 06.11.2024 · 00:32:25 ···
C · 06.11.2024 · 00:32:27 ···
💘 🖱️
* · 01.01.1970 · 01:00:00 ···
* · 01.01.1970 · 01:00:00 ···

· 01.01.1970 · 01:00:00 ···
**##
🧠 📺

*** · 01.01.1970 · 01:00:00 ··· ::
*2* · 01.01.1970 · 01:00:00 ··· ::
*L* · 01.01.1970 · 01:00:00 ··· ::
*C* · 01.01.1970 · 01:00:00 ··· ::

********